—

“Yaşıl pasportu” olmayan insanlar başqalarının kartlarından istifadə edə bilərmi? - İzah edildi

1,174
“Yaşıl pasportu” olmayan insanlar başqalarının kartlarından istifadə edə bilərmi? - İzah edildi
Dinləmək üçün basın

Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze dövlətin “yaşıl pasportu” olmayan insanların başqalarının kartlarından istifadə etməməsini necə təmin edəcəyini izah edib.

Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze dövlətin “yaşıl pasportu” olmayan insanların başqalarının kartlarından istifadə etməməsini necə təmin edəcəyini izah edib.

InterPress.ge xəbər verir ki, Qamğrelidze bu barədə İnterpressNews-a danışıb.

Amiran Qamğrelidzenin dediyinə görə, Gürcüstanda istifadə olunan “yaşıl pasport” həmin şəxsin şəxsi nömrəsini və şəklini əhatə edir.

Eyni zamanda, Amiran Qamğrelidze izah edib ki, “bütün qaydalarda müəyyən boşluq olur” və hər şey “dürüstlüyə əsaslanır”.

"Biz həmişə dürüst olmalıyıq. Hər tənzimləmədə müəyyən boşluq olur. Bütün bunlar ilk növbədə insanın vicdan və dürüstlüyünə əsaslanır. Bunu etməməliyik. “Yaşıl pasport”da şəxsi nömrə, eləcə də şəkil göstərilir, QR kodu skan edilərkən vətəndaşın şəxsi nömrəsi və şəkli görünəcək. Müəssisələr həmin şəxsin kimliyini müəyyən edəcək. Həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb oluna və sonra müqayisə oluna bilər. Müəssisələr “yaşıl pasport”a nəzarət etməlidir. Əmək Müfəttişliyi müəssisələrə təsadüfi şəkildə nəzarət edəcək", - deyib Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →