—

Yaxın günlər üçün hava proqnozu

756
Yaxın günlər üçün hava proqnozu
Dinləmək üçün basın

Dekabrın 1-dən dekabrın 2-si səhərədək Gürcüstanda vaxtaşırı yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal…

Dekabrın 1-dən dekabrın 2-si səhərədək Gürcüstanda vaxtaşırı yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini artıra, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.

Dekabrın 3-dən dekabrın 5-dək Şərqi Gürcüstanda hava açılacaq, temperatur +9 dərəcədən +14 dərəcəyə yüksələcək.

Dekabrın 3-4-də Qərbi Gürcüstanda yağış gözlənilmir, dekabrın 5-də isə yağışlı hava gözlənilir. Havanın temperaturu +14, +17 dərəcə təşkil edəcək.

Dekabrın 2-də günortadan sonra Tbilisidə hava açılacaq. Dekabrın 5-dək yağış gözlənilmir. Hava maksimum +14 dərəcəyə qədər istiləşəcək.

Dekabrın 5-dək yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Hava maksimum +2 dərəcəyə qədər istiləşəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →