—

Mixeil Saakaşvili məhkəmədə çıxışı zamanı: "Yenilik və yenidənqurma üçün darıxmadınız?"

4,697
Mixeil Saakaşvili məhkəmədə çıxışı zamanı: "Yenilik və yenidənqurma üçün darıxmadınız?"
Dinləmək üçün basın

"Ölkəmizin qürur hissi üçün darıxmadınız? İnkişaf tempi və “drayv” üçün darıxmadınız? Yenilik və yenidənqurma üçün darıxmadınız? Sevgi və istilik üçün darıxmadınız? Qələbə şənliyi üçün darıxmadınız? Əgər bütün bunlar…

"Ölkəmizin qürur hissi üçün darıxmadınız? İnkişaf tempi və “drayv” üçün darıxmadınız? Yenilik və yenidənqurma üçün darıxmadınız? Sevgi və istilik üçün darıxmadınız? Qələbə şənliyi üçün darıxmadınız? Əgər bütün bunlar üçün darıxdınızsa, indi baş verənləri birlikdə bitirməliyik".

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə zalından əhaliyə belə müraciət edib.

O, çıxışında qeyd edib ki, “əsirlik” anına qədər əhali ilə ünsiyyət qurmaq imkanı əldə edib və görüb ki, gürcü xalqı çox bədbəxtdir.

"İlk növbədə çöldə dayanan insanları, gürcü cəmiyyətini salamlamaq istəyirəm və sizə bir sual vermək istəyirəm. Bir neçə gün Gürcüstanda sərbəst gəzdim, əsir düşənə qədər insanlarla ünsiyyətdə olmaq imkanım oldu və gördüm ki, insanlar praktiki olaraq gülümsəmirlər, insanlar çox bədbəxtdirlər və əziz gürcü xalqım, sizdən soruşmaq istəyirəm -  ölkəmizin qürur hissi üçün darıxmadınız? İnkişaf tempi və “drayv” üçün darıxmadınız? Yenilik və yenidənqurma üçün darıxmadınız? Sevgi və istilik üçün darıxmadınız? Qələbə şənliyi üçün darıxmadınız? Əgər bütün bunlar üçün darıxdınızsa, indi baş verənləri birlikdə bitirməliyik", - deyə Saakaşvili bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →