—

Sürücülərin nəzərinə! Tbilisidə bu yol bağlanacaq

834
Sürücülərin nəzərinə! Tbilisidə bu yol bağlanacaq
Dinləmək üçün basın

Yol infrastrukturu işləri ilə əlaqədar olaraq noyabrın 25-dən dekabrın 15-dək Krtsanisi rayonunda Ortaçala küçəsinin orta hissəsi hər iki tərəfdən bağlı olacaq.

Yol infrastrukturu işləri ilə əlaqədar olaraq noyabrın 25-dən dekabrın 15-dək Krtsanisi rayonunda Ortaçala küçəsinin orta hissəsi hər iki tərəfdən bağlı olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından məlumat verilib. 

Onların sözlərinə görə, bərpa işləri çərçivəsində Krtsanisi rayon İcra Hakimiyyətinin podratçı şirkəti sözügedən küçədə istirahət məkanının abadlaşdırılmasını başa çatdırıb. Hazırkı mərhələdə  hava kommunikasiyalarının yeraltına çəkilməsi və yeni asfalt örtüyünün salınması, yolun genişləndirilməsi və səkilərin təmiri kimi yol infrastrukturunun təşkilinə başlanılır.

“Sözügedən işlərlə əlaqədar olaraq ikitərəfli nəqliyyatın hərəkətinin qadağan edilməsi zəruridir, bununla əlaqədar noyabrın 25-dən dekabrın 15-dək Ortaçala küçəsinin orta hissəsi - N90-dan N100-dək hər iki tərəfdən bağlı olacaq.  Bundan başqa, N57 və N80 avtobuslarının hərəkət sxemi dəyişdiriləcək. Ortaçala küçəsi N90-dək gedə biləcəklər.

Şəhər meriyası yaranmış narahatlığa görə üzr istəyir”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →