—

Gürcüstan Bankına hücum edildi

1,205
Gürcüstan Bankına hücum edildi
Dinləmək üçün basın

Tbilisidə, Ketevan Tsamebuli prospektində yerləşən Gürcüstan Bankına maskalı şəxs daxil olub.

Tbilisidə, Ketevan Tsamebuli prospektində yerləşən Gürcüstan Bankına maskalı şəxs daxil olub.

InterPress.ge xəbər verir ki, hazırda hadisə yerinə polis cəlb edilib.

Hadisə yerində ekspert - kriminalistlər işləyir. Hazırda əməkdaşların ilkin sorğusu və hadisə yerinin təsviri aparılır. Bank filialının yaxınlığına təcili tibbi yardım maşını da səfərbər olunub.

Qeyri-rəsmi məlumatlara görə, cinayəti törədən şəxs girovlar götürməyə çalışsa da, təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra qaçmağa cəhd edib. Məlumata görə, o, bankın yaxınlığındakı tikinti obyektlərinin birində polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi hələlik məlumatı rəsmən təsdiqləməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →