—

Səhiyyə Nazirliyinin yaratdığı şuranın üzvü, Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı açıqlama verdi

630
Səhiyyə Nazirliyinin yaratdığı şuranın üzvü, Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəziyyəti stabildir.

 Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəziyyəti stabildir.

InterPress.ge xəbər verir ki, bu barədə 
Səhiyyə Nazirliyinin yaratdığı şuranın üzvü, doktor Elene Qiorqadze açıqlama verib.

"Bu gün üçüncü kritik günü başa vurduq. Həm xəstə, həm də bütün həkimlər razıdır. Üç günü problemsiz  keçirdik. Bu gün əlavə kalorilər və yeməklər genişləndirildi. O, özünü qənaətbəxş hiss edir, vəziyyəti stabildir.

Bütün lazımi analizlər hər gün götürülür, aclıq göstəriciləri normaldır, məlum oldu ki, zülal da yavaş-yavaş yerləşməyə başlayıb.

Sabahdan etibarən müşahidə mərhələsinə keçəcəyik, kaloriləri yavaş-yavaş artıracağıq, fərqli məhsullar təqdim edəcəyik, yəqin ki, bazar ertəsinə qədər davam edəcək, sonra tamamilə fərqli bir yeməyə keçəcəyik. 

Zəiflik qalır buna təəccüblənməyin, çünki bu insan 50 gün ac qalıb, ancaq bu zəiflik şənbə günü olduğu kimi deyil."- həkim Qiorqadze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →