—

Ekaterine Tikaradze: "Qori Xəstəxanasında Saakaşvili üçün xüsusi palata təşkil edilmişdir"

562
Ekaterine Tikaradze: "Qori Xəstəxanasında Saakaşvili üçün xüsusi palata təşkil edilmişdir"
Dinləmək üçün basın

Təhlükəsizliyi təmin etmək vacib idi, Qori Xəstəxanası xəstəyə maksimum təhlükəsizlik təklif edə biləcəyimiz yerdir. Buna görə də Mixail Saakaşvili üçün reanimasiyasını davam etdirəcək xüsusi palata yaradılıb. Bu gün…

Təhlükəsizliyi təmin etmək vacib idi, Qori Xəstəxanası xəstəyə maksimum təhlükəsizlik təklif edə biləcəyimiz yerdir. Buna görə də Mixail Saakaşvili üçün reanimasiyasını davam etdirəcək xüsusi palata yaradılıb. Bu gün xəstəni müalicə edən həkimlər müalicəsini burada da davam etdirəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə  Səhiyyə naziri Ekaterine Tikaradze Qori Hərbi Hospitalını tərk etdikdən sonra bildirib.

Onun sözlərinə görə, xəstəyə Rustavi və Qldani cəzaçəkmə müəssisələrində müvafiq tibbi xidmət göstərilib, lakin onun Qori xəstəxanasına köçürülməsi qərarının səbəbi ölkədə “aclıq epidemiyası”nın və mübahisələrin bitməsidir.

Qori Xəstəxanası xəstənin ehtiyac duyduğu bütün maddi-texniki baza ilə tam təchiz olunub.

Pasiyentə Rustavi və Qldanidə lazım olan bütün tibbi xidmətlər məhz həmin anda təqdim olunub.
Biz bütün insanlara humanist yanaşırıq. Hər bir vətəndaşımızın sağlamlıq vəziyyəti önəmli olduğundan xəstənin Qori xəstəxanasına köçürülməsi təklifi ilə bağlı qərar qəbul edilib.

Saakaşvili reanimasiyada deyil. Daim monitorinq altındadır və araşdırmalar aparılır. O, intensiv müşahidə altındadır”, - deyə Ekaterine Tikaradze bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →