InterPress.ge xəbər verir ki, təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək.
Bu cür tutulmaya isə qismən Ay tutulması deyilir.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.
Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.
