—

Azərbaycanın Gürcüstanla diplomatik əlaqələr qurmasından 29 il ötür

333
Azərbaycanın Gürcüstanla diplomatik əlaqələr qurmasından 29 il ötür
Dinləmək üçün basın

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin quurlmasının 29-cu ildönümü tamam olur.

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin quurlmasının 29-cu ildönümü tamam olur.

InterPress.ge xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin noyabrın 18-də qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirliyi açılıb.

Azərbaycanın Gürcüstandakı səfiri ötən ilin otyabrından Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir və bu şəhərdə baş konsul Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulu missiyasını isə Nikoloz İaşvili yerinə yetirir. Baş Konsulluq 2013-cü ildə təsis olunub.

Gələn il hər iki ölkədə diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunan bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) ölkənin ikitərəfli münasibətlərinə dair arayış xarakterli məlumatında bildirilib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkə ilə sıx münasibətlər saxlanılır. Qeyd olunub ki, ikitərəfli səfərlərin dinamikası həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aktivdir.

Məlumatda vurğulanıb ki, Azərbaycanla hüquqi baza 100-dən çox ikitərəfli və çoxtərəfli müqavilələri əhatə edir və bu sənədlər əməkdaşlığın praktiki olaraq bütün sahələrini tənzimləyir.

Gürcüstan və Azərbaycan arasında azad ticarət rejiminin, Azərbaycanın Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşı olduğu və Azərbaycan şirkətlərinin Gürcüstana böyük investisiyalar yatırdığı da qeyd olunub.

(hsb)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →