—

DTX-nin girişini avtomobili ilə bağlayan Zurab Caparidzenin avtomobilini evakuatordan istifadə edərək ərazidən uzaqlaşdırıblar

673
DTX-nin girişini avtomobili ilə bağlayan Zurab Caparidzenin avtomobilini evakuatordan istifadə edərək ərazidən uzaqlaşdırıblar
Dinləmək üçün basın

Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında “Qirçi - Daha çox azadlıq üçün” aksiya-nümayiş keçirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında “Qirçi - Daha çox azadlıq üçün” aksiya-nümayiş keçirir. 

InterPress.ge xəbər verir ki, nümayiş çərçivəsində partiya lideri Zurab Caparidze avtomobili ilə DTX-nin girişini bağlayıb.

Hüquq-mühafizə orqanları əvvəlcə onu qurumun girişini boşaltmağa çağırsalar da, imtinadan sonra həmin yerə evakuator gətirilib və Caparidzenin avtomobili evakuator vasitəsilə başqa əraziyə aparılıb. Avtomobilin bir yerdən başqa yerə köçürülməsi prosesi zamanı Zurab Caparidze avtomobildə olub.

DTX qarşısına polis qüvvələri cəlb olunub.  Zurab Caparidze sabiq prezident Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →