—

Aİ səfiri: "Avropa İnsan Haqları Məhkəməsinin bu işə qarışmaq qərarı ilə bağlı aldığımız xəbəri alqışlayıram"

974
Aİ səfiri: "Avropa İnsan Haqları Məhkəməsinin bu işə qarışmaq qərarı ilə bağlı aldığımız xəbəri alqışlayıram"
Dinləmək üçün basın

"Avropa İnsan Haqları Məhkəməsinin bu işə qarışmaq qərarı ilə bağlı aldığımız xəbəri alqışlayıram. Bu, ümidverici ilk addımdır".

"Avropa İnsan Haqları Məhkəməsinin bu işə qarışmaq qərarı ilə bağlı aldığımız xəbəri alqışlayıram. Bu, ümidverici ilk addımdır".

InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel deyib.

Onun sözlərinə görə, Strasburq məhkəməsinin qərarı balanslaşdırılmış yanaşmadır.

“Bildiyiniz kimi, aralıq tədbirdə müəyyən tələblərdən danışılır. Birincisi, cənab Saakaşvilidən aclıq aksiyasını dayandırmaq tələbi və eyni zamanda hakimiyyətin təhlükəsizliyi və sağlamlığı təmin etməsi və onun müvafiq müalicə alması çağırışı. Bütün bunlar barədə noyabrın 24-dək məhkəməyə məlumat verilməlidir.

Düşünürəm ki, bu, balanslaşdırılmış yanaşmadır və ümid edirəm ki, bəzi mühüm məsələlərdə, xüsusən də ən ağır məsələ olan Mixail Saakaşvilinin sağlamlığı və təhlükəsizliyi ilə bağlı irəliləyişin mümkün olduğu vəziyyətə gətirib çıxaracaq. Mən hər kəsi bu qərara hörmətlə yanaşmağa və onun həyata keçirilməsi üçün mümkün qədər tez hərəkət etməyə çağırıram”, - deyə səfir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →