—

Azərbaycan bu il Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub

552
Azərbaycan bu il Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub
Dinləmək üçün basın

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib.

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İlk 10 ayda Azərbaycan qonşu ölkənin bu yanacaq növünə olan tələbatının 16,3 %-ni ödəyib.

Hesabat dövründə Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi 73,5 min ton (+54,7 %) təşkil edib. Gürcüstanın bir nömrəli tədarükçüsü 40,3 min tonla Türkmənistan (54,9 %) olub. Üçüncü əsas tədrükçü isə İtaliyadır (10,5 min ton).

Birlikdən qeyd olunub ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə birbaşa bağlıdır. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi proqnozlaşdırılır.

(hsb)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →