—

Marneulidə bir nəfər saxlanıldı - VİDEO

1,556
Marneulidə bir nəfər saxlanıldı -  VİDEO
Dinləmək üçün basın

DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1974-cü il təvəllüdlü N.K.-nı Marneulidə, 1992-ci il təvəllüdlü L.K.-nı isə Poniçala…

DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1974-cü il təvəllüdlü N.K.-nı Marneulidə, 1992-ci il təvəllüdlü L.K.-nı isə Poniçala qəsəbəsində saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınmasında və saxlanmasında ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Poniçala qəsəbəsində L.K.-nın şəxsi axtarışı nəticəsində sübut kimi 700 qram heroin tərkibli narkotik vasitə götürüb.

N.K.-ya gəlincə, polis onu Marneulidə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsi və yaşayış evinə baxış nəticəsində sübut kimi yarım kiloqramdan artıq “heroin” tərkibli narkotik vasitə götürüblər.

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə araşdırma aparılır.

Cinayət 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →