—

Zurab Gaparidze: "Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin pasiyent kimi hüquqları pozulur ki, bunun da siyasi motivi var"

543
Zurab Gaparidze: "Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin pasiyent kimi hüquqları pozulur ki, bunun da siyasi motivi var"
Dinləmək üçün basın

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin pasiyent kimi hüquqları pozulur ki, bunun da siyasi motivi var".

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin pasiyent kimi hüquqları pozulur ki, bunun da siyasi motivi var".

InterPress.ge xəbər verir ki, bunu "Qirçi - Daha çox Azadlıq"ın lideri Zurab Gaparidze deyib.

Gaparidzenin Rustavi həbsxanası qarşısındakı mitinqdən əvvəl jurnalistlərə verdiyi məlumata görə, o, Mixail Saakaşvilinin çoxfunksiyalı klinikaya köçürülməsi tələbinə qoşulur.

"Kimsə Mixail Saakaşvilini bəyənsə də, bəyənməsə də, keçmişini necə dəyərləndirsə də, onun mənası yoxdur. Əslində baş verən odur ki, onun bir pasiyent kimi hüquqları pozulur. Bunu siyasi motivlərlə edirlər, faktiki olaraq insanları öldürürlər. Mən bura ona görə gəldim", - deyib Gaparidze.

Həmçinin jurnalistin Mixail Saakaşvilinin çoxfunksiyalı klinikaya köçürülməsinin niyə yubandığını soruşduqda, Gaparidze izah edib ki, bunun siyasi səbəbi var.

"Bilmirəm nə qədər yubandırmaq adlandırmaq olar, hələ aparmayıblar. Aparsalar, o zaman deyə bilərik ki, yubandırırdılar. Bunun səbəbi siyasidir. İnsanları bunun üçün qurban verirlər", - deyib Gaparidze.

Eyni zamanda o, müxalifətin növbədənkənar seçki tələbinə qoşulduğuna da aydınlıq gətirib.

"Növbədənkənar seçki tələbinə qoşuluram. Düşünürəm ki, erkən seçkilərə nail olmaq üçün başqa etirazlar da lazımdır.  Mən bununla məşğulam", - deyib Gaparidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →