—

Saakaşvilinin vəkili onunla görüşdən sonra açıqlama verdi

1,697
Saakaşvilinin vəkili onunla görüşdən sonra açıqlama verdi
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, Mixail Saakaşvili özünü zəif hiss edir və enerjisi yoxdur.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, Mixail Saakaşvili özünü zəif hiss edir və enerjisi yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə o Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində üçüncü prezidenti ziyarət etdikdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, Saakaşvili hələ də ünsiyyət qura və hərəkət edə bilir.

"Mixail Saakaşvili zəifdir, uzun müddətdir ki, aclıq aksiyası keçirir və bu onun səhhətinə təsir edir. Artıq fiziki olaraq enerjisiz görünür. Bu mərhələdə ünsiyyət qura və hərəkət edə bilər, lakin əvvəlki görüşlərə nisbətən nəzərəçarpacaq dərəcədə zəifdir. Şura ilə bağlı heç bir dəyişiklik yoxdur.  Üçüncü prezident şuranın artıq mövcud olan tövsiyə və göstərişlərinin yerinə yetirilməsini tələb etməkdə davam edir, həmçinin alternativ şuranın qəbulunu tələb edir", - Tutberidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →