—

Mixail Saakaşvili yeni bir müraciət etdi: "Biz ümumi hücuma hazırlaşmalıyıq"

1,033
Mixail Saakaşvili yeni bir müraciət etdi: "Biz ümumi hücuma hazırlaşmalıyıq"
Dinləmək üçün basın

"Kutaisidə bu şəhəri tərk etməyən, bu sayılıb-seçilən şəhərə qayıdan xoşbəxt, yüksək gəlirli, işlə təmin olunmuş insanlar olmalıdır".

"Kutaisidə bu şəhəri tərk etməyən, bu sayılıb-seçilən şəhərə qayıdan xoşbəxt, yüksək gəlirli, işlə təmin olunmuş insanlar olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Kutaisidə keçirilən mitinqdə Xatia Dekanoidzenin oxuduğu müraciətində deyilir.

"Siz Kutaisidə seçki inqilabı həyata keçirdiniz və biz bu inqilabın nəticələrindən əl çəkməyə hazırlaşmırıq. Özünü mer elan edən heç kim Kutaisini idarə edə bilməyəcək. İmedanın etdikləri mənim üçün bir nümunədir. İzo Çirqadzenin cəsarət etdiyi nümunədir.  Kutaisi seçki komandası istənilən ölkənin hökumətini bəzəyəcəkdi.

Kutaisi ilə bağlı necə böyük planlarımızın olduğunu bilirsiniz.  Kutaisi təkcə parlamentin paytaxtı deyil, həm də əksər nazirliklərin yerləşdiyi yer olacaqdı. Kutaisi bütün inkişafı ilə bir mərkəz olmalı idi.

Ən əsası, Kutaisidə bu şəhəri tərk etməyən, bu sayılıb-seçilən şəhərə qayıdan xoşbəxt, yüksək gəlirli, işlə təmin olunmuş insanlar olmalıdır.

Qarşı tərəfdə vətəndaşlarımızın gürcü şəhərində qalmasını istəməyən şər var. Mən Kutaisi hava limanını bunun üçün tikməmişəm. Biz ümumi hücuma hazırlaşmalıyıq", - Mixail Saakaşvili müraciətində deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →