—

Tamar Qabunia məhdudiyyətlərlə bağlı açıqlama verdi

874
Tamar Qabunia məhdudiyyətlərlə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Ölkədə əlavə məhdudiyyətlərin tətbiq edilməsi planlaşdırılmır.

Ölkədə əlavə məhdudiyyətlərin tətbiq edilməsi planlaşdırılmır.

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.

Onun sözlərinə görə, əhali ölkədə qüvvədə olan qaydaları nəzərə almalıdır.

“Hazırda əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır, lakin artıq tətbiq olunan məhdudiyyətlər və qaydalar icra edilməlidir, çünki tətbiq edilənlər yerinə yetirilməzsə, əlavə məhdudiyyətlər tətbiq etməyin heç bir mənası yoxdur", - deyib Qabunia.

Onun sözlərinə görə, epidemiyanın təhlükəsizlik statusunu müəyyən etmək məqsədi daşıyan və virusun daha da yayılmasının qarşısının alınması mexanizmi olan “yaşıl pasport”un tətbiqi üzərində iş aparılır.

"Təbii ki, “yaşıl pasport” istiqamətində də işlər gedir.  Konsepsiya işlənir.  "Yaşıl pasport" müxtəlif növ əyləncə və ya sosial tədbirlərə giriş üçün epidemioloji təhlükəsizlik statusunun müəyyən edir, artıq ölkədə bunun presedentləri mövcuddur. Epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün onu daha da genişləndirmək vacibdir", - deyib Tamar Qabunia.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →