—

Azərbaycanda olan Grücüstan vətəndaşlarının nəzərinə...

4,119
Azərbaycanda olan Grücüstan vətəndaşlarının nəzərinə...
Dinləmək üçün basın

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məumat yayıb.

Qurumdan bildirilib ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək:

"Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (noyabr ayı üzrə 6 və 7, 13 və 14, 20 və 21, 27 və 28 tarixlərdə, dekabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərdə) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur", - DMX-dən bildirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

(hsb)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →