—

Xatia Dekanoidze baş nazirin bəyanatına münasibət bildirdi

1,838
Xatia Dekanoidze baş nazirin bəyanatına münasibət bildirdi
Dinləmək üçün basın

"İrakli Ğaribaşvilinin bəyanatı hüquqi baxımdan absurddur və dövlət üçün inanılmaz dərəcədə ağırdır".

"İrakli Ğaribaşvilinin bəyanatı hüquqi baxımdan absurddur və dövlət üçün inanılmaz dərəcədə ağırdır".

InterPress.ge xəbər verir ki, Vahid Milli Hərəkatın Kutaisi merliyinə namizəd Xatia Dekanoidze baş nazir İrakli Ğaribaşvilinin bəyanatını belə dəyərləndirib.

Onun sözlərinə görə, hakimiyyətdəki əsas fiqurlardan biri birbaşa olaraq göstərir ki, onlar siyasi ədalətdən istifadə etməklə Saakaşvilinin yaşamaq hüququnu məhdudlaşdırmağa hazırdırlar.

“Bu, ölkə üçün inanılmaz biabırçılıqdır və Strasburq üçün birbaşa sübutdur ki, hakimiyyət Saakaşvilinin təkcə ədalətli məhkəmə hüququnu deyil, həm də yaşamaq hüququnu məhdudlaşdırmağa çalışır. Bunu onun absurd, biabırçı və dəhşətli açıqlaması sübut edir”, - Xatia Dekanoidze bildirib.

O, Saakaşvilinin ukraynalı vəkili və jurnalisti Dmitri Qordonun Gürcüstana gəlməsinə rədd cavabının verilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Xatia Dekanoidzenin sözlərinə görə, bu qərar hakimiyyətin qorxusunu ifadə edir.

"Bu, hakimiyyətin qorxusunu ifadə edir, mən bu insanlara, Gürcüstanın dostlarına ölkəyə gəlməsinə icazə verilməməsinin hüquqi əsaslarını başa düşə bilmirəm. Dövlətçilik baxımından bu, ölkənin Lukaşenko rejiminə bənzər bir rejimə çevriləcəyinin birbaşa ifadəsidir. Ukrayna vətəndaşlarının sərhədi keçməsinə icazə verilməməsi ağlasığmazdır. Dostlarımızın ölkəyə gəlişinin məhdudlaşdırılmasına baxmaq çətindir", - Xatia Dekanoidze deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →