—

GGYM Təşkilatı 300-ə yaxın aztəminatlı ailəyi sevindirdi - FOTO

1,148
GGYM Təşkilatı 300-ə yaxın aztəminatlı ailəyi sevindirdi - FOTO
Dinləmək üçün basın

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı, Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin maddi dəstəyi ilə 9 və 10 may tarixlərində Gürcüstanın Tbilisi, Marneuli, Qarabani, Bolnisi və Tetricğaro…

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı, Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin maddi dəstəyi ilə 9 və 10 may tarixlərində Gürcüstanın Tbilisi, Marneuli, Qarabani, Bolnisi və Tetricğaro (Ağbulaq) bölgələrində yaşayan aztəminatlı və ehtiyac sahibi ailələrə Ramazan ayı münasibəti ilə ərzaq yardım edib.

InterPress.ge xəbər verir ki, yardım 300-ə yaxın ailəyə paylanıb.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyevin bildirdiyinə görə, bu çətin dövrü nəzərə alaraq Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə hazırlanmış ərzaq paketlərini keçən illərə nisbətən daha zəngin hazırlanıb. Həmçinin pandemiya səbəbi ilə bu il daha çox ərzaq yardımına əlavə edilib. Bu səbəblə də həm yardım paketinin sayı həm də içindəki ərzaqlar artırılıb.

Musa Hacıyev edilən bu yardıma görə həm təşkilat həm də Gürcüstan xalqı adından Aziz Mahmud Hüdayi Vəqfinə təşəkkürünü bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →