ABŞ-ın Gürcüstandakı yeni səfiri Kelli Deqnan (Kelly C. Degnan) fəaliyyətə başlayıb.
İnterPress.ge xəbər verir ki, xanım səfir etimadnaməsini Gürcüstanın xarici işlər naziri David Zalkaliani və prezident Salome Zurabişviliyə təqdim edib.
ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, K.Deqnan bu gündən ABŞ-ın səfiri kimi səlahiyyətlərinin icrasına rəsmən başlayıb.(report)
