—

Azərbaycan Prezidenti: “Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək”

272
Azərbaycan Prezidenti: “Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək”
Dinləmək üçün basın

“Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur koridorunun bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz…

“Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur koridorunun bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

Bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə təşəkkürünü bildirən dövlət başçısı deyib: “Onların yorulmaz səyləri nəticəsində bu gün bax bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, bizim qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu işbirliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan gücü, birgə gücü daha da təsirli olacaq”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →