—

Gürcüstanda dəmir yollarında olan problem aradan qaldırıldı

521
Gürcüstanda dəmir yollarında olan problem aradan qaldırıldı
Dinləmək üçün basın

Sərnişin qatarlarının hərəkəti tam bərpa edilib. Dünən gecə saatlarında dörd istiqamətdə: Zuqdidi-Tbilisi, Tbilisi-Batumi, Tbilisi-Poti və Batumi-Tbilisi istiqamətində ləngimələr dövlət elektrik sisteminin yüksək…

Sərnişin qatarlarının hərəkəti tam bərpa edilib. Dünən gecə saatlarında dörd istiqamətdə: Zuqdidi-Tbilisi, Tbilisi-Batumi, Tbilisi-Poti və Batumi-Tbilisi istiqamətində ləngimələr dövlət elektrik sisteminin yüksək gərginlikli xətlərində kəsilmə ilə müşayiət olunub, nəticədə dəmiryolunun təmas xətti zədələnib və qatarların hərəkəti dayanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolunun bəyanatında deyilir.

“Operativ bərpa işləri nəticəsində təxminən üç saat ərzində dörd istiqamətdə də nəqliyyatın hərəkəti tam bərpa edildi. Gürcüstan Dəmir Yolu qatarlar dayanan kimi sərnişinlərə baş verənlər barədə məlumat verdi.

Şirkət bütün istiqamətlərdə hərəkət edən qatarların sərnişinlərini içməli su və yeməklə təmin edib. Tbilisiyə gələn sərnişinləri stansiyada avtobuslar qarşılayıb, sərnişinləri istədikləri yerə çatdırıblar”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →