—

Makron: "Avro beynəlxalq valyutaya çevrilməlidir"

277
Makron: "Avro beynəlxalq valyutaya çevrilməlidir"
Dinləmək üçün basın

Fransa Prezidenti Emmanuel Makron Avropa şirkətlərini dolların təsirindən qorunmaq məqsədilə avronun geniş miqyasda beynəlmiləlləşməsinə çağırıb.

Fransa Prezidenti Emmanuel Makron Avropa şirkətlərini dolların təsirindən qorunmaq məqsədilə avronun geniş miqyasda beynəlmiləlləşməsinə çağırıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa dövlət başçısı Brüsseldə Avropa İttifaqına daxil olan ölkələrin sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Xüsusi olaraq qeyd etdim ki, avro iqtisadi siyasətimizin bir vasitəsidir. Əgər şirkətlərimizi dolların xarici təsirindən qorumaq istəyiriksə, avronun beynəlxalq valyuta olmasına çalışmalıyıq", - Makron qeyd edib.

Qeyd edək ki, avro "qoca qitə"nin 17 ölkəsinin rəsmi pul vahididir. Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla, daha 9 ölkədə rəsmi valyutadır.

Avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilib, 2002-ci ilin 1 yanvarından isə nağd əsginaslar dövriyyəyə buraxılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →