—

Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərarını açıqlayıb

1,142
Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərarını açıqlayıb
Dinləmək üçün basın

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır.

InterPress.ge xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib.

"Mixeil Saakaşvili xəstəxanaya getməyə hazırdır. Bu gün və ya sabah, bəlkə də şənbə və ya bazar günü, ancaq dəqiq bilmirəm. Səhiyyə və ədliyyə nazirlikləri ilə kiçik problemləri həll etməliyik. Sabah bu barədə yeni məlumat verəcəyik", - Kipşidze deyib.

Həbsxanada ölkənin keçmiş liderini ziyarət edən həkim qeyd edib ki, xəstəxanaya yerləşdirmə Saakaşvilinin aclığa son qoyacağı anlamına gəlmir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →