—

Gürcüstanın ən böyük ticarət tərəfdaşları hansı ölkələrdir?

705
Gürcüstanın ən böyük ticarət tərəfdaşları hansı ölkələrdir?
Dinləmək üçün basın

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 10 009,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3…

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 10 009,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin məlumatında qeyd olunur.

 Statistika mərkəzinin məlumatına göə, bu ixracatın 2 981,3 mln. ABŞ dolları, yəni 24,0 faiz artmış, idxal 7 028,4 mln. ABŞ dolları təşkil edib ki, bu da 21,6 faiz çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın mənfi ticarət balansı 4 047,1 mln. ABŞ dolları təşkil edir ki, bu da xarici ticarət dövriyyəsinin 40,4 faizini təşkil edir.

Eyni zamanda, Geostat-ın ilkin məlumatlarına görə, yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki ən böyük on ticarət tərəfdaşının payı 69,7 faiz təşkil etmişdir. Ölkənin ən böyük ticarət ortaqları Türkiyə - 1 480,8 mln. ABŞ dollar, Rusiya - 1 145,0 mln. ABŞ dolları və 1 078,2 mln. ABŞ dolları ilə Çindir.

Ölkənin digər ən böyük ticarət tərəfdaşları aşağdakılardı:

4. Azərbaycan - 789,8 milyon dollar;

5. ABŞ - 562,2 milyon dollar;

6. Ukrayna - 531,1 milyon dollar;

7. Ermənistan - 498,2 milyon dollar;

8. Almaniya - 389,8 milyon dollar;

9. Bolqarıstan - 286 milyon dollar;

10. İtaliya - 219,1 milyon dollar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →