—

Qardabanidə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

498
Qardabanidə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
Dinləmək üçün basın

Bu gün Qardabani Gənclər Mərkəzinin ofisində 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu gün Qardabani Gənclər Mərkəzinin ofisində 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 

InterPress.ge xəbər verir ki, tədbirin aparıcısı Səlahəddin Piriyev tədbir haqqında qonaqlara məlumat verdikdən sonra Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğluna çıxış üçün söz verib. 

Dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirən Hacı Bəkiroğlu öz çıxışında müstəqillik günü münasibətlə dünya azərbaycanlılarını təbrik edib və Gürcüstan Azərbaycan münasibətlərinə toxunub.

Sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Sərxan İsmayılov çıxış edərək müstəqil Azərbaycan Respublikasının uğurlarından və Gürcüstanla olan iqtisadi, siyasi və digər münasibətlərindən söz açıb. 

Daha sonra Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Ramazanov, Gürcüstan Azərbaycanlıları Ağsaqqalları Şurasının sədr müavini Mayak Nemətov, 4 nömrəli ictimai məktəbin müəllimi Muradxan Eminov və ictimai fəal Məhəmməd Sarıyev çıxış ediblər. 

Tədbirdə Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri Azərbaycanla bağlı şeirlər səsləndiriblər. 

Həmçinin tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, universitet tələbələri və Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri də iştirak ediblər. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →