—

İlham Əliyev: "Ermənistan minalanmış bütün ərazilərin xəritəsini təqdim etmir"

428
İlham Əliyev: "Ermənistan minalanmış bütün ərazilərin xəritəsini təqdim etmir"
Dinləmək üçün basın

“Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir”.

“Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında bildirib.

Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: “Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər. Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə “Qafqazın Hirosiması” deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →