—

"Gürcüstanın əsas dostu hansı ölkədir?" - Əhali arasında sorğu aparılıb

2,243
"Gürcüstanın əsas dostu hansı ölkədir?" - Əhali arasında sorğu aparılıb
Dinləmək üçün basın

Gürcüstanda rəyi soruşulanların 7%-i Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandırıb.

Gürcüstanda rəyi soruşulanların 7%-i Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandırıb.

InterPress.ge Report-a istinadən xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının Qafqaz barometri adlanan sorğusunun nəticələrindən məlum olub.

2015 və 2017-ci illərdə aparılan eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin faiz göstəricisi dəyişməz qalıb. 2013-cü ildə isə bu göstərici 8%-ə bərabər olub.

Respondentlərin əksər hissəsi – 21%-i ABŞ-ı, 10%-i isə Ukraynanı Gürcüstanın əsas dostu hesab edib.

Türkiyəni Gürcüstanın əsas dostu adlandıranlar 4% təşkil edib. Ermənistanı əsas dost hesab edənlərin göstəricisi isə cəmi 2%-ə barəbər olub.

Gürcüstanın hazırkı əsas düşməni kimdir sualına isə rəyi soruşulanların, təxminən, yarısı – 49%-i Rusiya deyə cavab verib. 4%-i Türkiyəni, 2%-i isə Ermənistanı Gürcüstanın əsas düşməni kimi qiymətləndirib.

Qeyd edək ki, “Dəyişikliklərin 10 illiyi: Gürcüstanda rəylər və dəyərlər, 2009-2019” adlı araşdırma üçün sorğu 2019-cu ilin oktyabrın 9-dan noyabrın 4-nə qədər işğal altında olan ərazilər istisna olmaqla bütün ölkə boyu aparılıb. Sorğuda 2 100 respondent iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →