—

Binanın çökməsi ilə əlaqədar saxlanılan işçi: "Mən heç nə etmədim, məni günahlandırırlar"

945
Binanın çökməsi ilə əlaqədar saxlanılan işçi: "Mən heç nə etmədim, məni günahlandırırlar"
Dinləmək üçün basın

Batumidə yaşayış binasının girişinin çökməsi və vətəndaşların ölümü ilə bağlı saxlanılan işçilərdən biri kiçik şərhlə kifayətlənib və divarın çökməsinə onun səbəb olmadığını deyib.

Batumidə yaşayış binasının girişinin çökməsi və vətəndaşların ölümü ilə bağlı saxlanılan işçilərdən biri kiçik şərhlə kifayətlənib və divarın çökməsinə onun səbəb olmadığını deyib.

InterPress.ge xəbər verir ki, sözügedən şəxs hakimin həbs qətimkan tədbirini elan etməsindən sonra məhkəmə binasından çıxarkən belə deyib.

"Mən heç nə etmədim, məni günahlandırırlar", - deyə o söyləyib.

Məlumat üçün bildirək ki, Batumi Şəhər Məhkəməsi binanın çökməsinə səbəb olmaq ittihamı ilə saxlanılan hər üç şəxsi həbs cəzasına məhkum edib.

Binanın birinci mərtəbəsindəki mənzillərdən birinin sahibi və 2 işçi saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →