—

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

550
Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Dinləmək üçün basın

Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

InterPress.ge xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

Qeyd olunub ki, Gürcüstan hökumətinin qərarına əsasən, Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

Oktyabrın 11-də Gürcüstan səfirliyində matəm tədbiri keçirilib. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gürcüstan səfiri Zurab Pataradze diplomatik korpus adından həlak olanların ailələrinə başsağlığı verib: “Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi. Ölənlərin, hər biri üçün, xüsusən də uşaqlara görə kədərlənirik. Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik.

Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq. Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm”, - deyə Pataradze qeyd edib .

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →