—

Nazir: "Epidemiya diqqətəlayiqdir, son bir həftədə..."

663
Nazir: "Epidemiya diqqətəlayiqdir, son bir həftədə..."
Dinləmək üçün basın

"Epidemiya diqqətəlayiqdir, son bir həftədə yoluxma nisbəti artdı, bu da virusun yayılmasında tədricən özünü göstərəcək".

"Epidemiya diqqətəlayiqdir, son bir həftədə yoluxma nisbəti artdı, bu da virusun yayılmasında tədricən özünü göstərəcək".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, vaksinasiya sayında kifayət qədər böyük azalmaya sahibik və bu, çox təəssüf doğurur.

"Həm aşılama, həm də Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən verilən qaydalara ciddi riayət edilməsi vacib olaraq qalır. Vaksinasiya sayı kifayət qədər azalıb, bu da təəssüf doğurur. Bu gün qubernator və merlərin iştirak etdiyi əlavə bir şuramız olacaq. Yerli özünüidarəetmə orqanlarının aktivləşdirilməsi vacibdir, çünki təkcə Nazirlik bölgələrə kifayət qədər məlumat verə bilmir. Vətəndaşlarımızın çox sayda peyvənd edildiyi bütün bölgələr haqqında onlara məlumat verəcəyik və daha sonra bütün sahə işlərinin birgə keçirilməsi vacibdir ki, bunun da köməyi ilə bölgələrdə peyvəndləmə prosesi artacaq", - deyə Ekaterine Tikaradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →