—

Marneulidə seçki məntəqəsində qarşıdurma yaşandı

1,329
Marneulidə seçki məntəqəsində qarşıdurma yaşandı
Dinləmək üçün basın

Marneulidə, Qızılhacılı 48 -ci seçki məntəqəsində səs -küy yaranıb.

Marneulidə, Qızılhacılı 48 -ci seçki məntəqəsində səs -küy yaranıb.  

InterPress.ge xəbər verir ki, adı çəkilən yerdə mübahisə yaşanıb.

Vahid Milli Hərəkat-ın qərargah rəhbəri Qiorqi Mumladzenin dediyinə görə, mübahisənin səbəbi onun karuselə mane olması  olub. Hüquq -mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

"Vahid Milli Hərəkatın üzvü Hacımurad Muradov Qızılhacılı majoritar millət vəkili namizədi Ceyhun Çovdarovun hücumuna məruz qaldı. O, xəstəxanaya aparıldı", - deyə Mumladze məlumat verib.

Polis bölməsinin rəisi Ruslan İoseliani hadisə yerindədir.

"Bu barədə məlumat alındı, ancaq həqiqətən də fiziki qarşıdurmanın olub-olmadığını öyrənirik", - deyə o söyləyib.

Ruslan İoselianinin sözlərinə görə, istintaq Cinayət Məcəlləsinin seçki prosesinə maneə törətməyi nəzərdə tutan 162 -ci maddəsi ilə başlayıb.

Qeyd edək ki, sözügedən məntəqədə Parlament deputatı Zaur Darğallı və Qiorqi Mumladze arasında da sözlü qarşıdurma yaşanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →