—

İrakli Ğaribaşvili: “Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”

370
İrakli Ğaribaşvili: “Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”
Dinləmək üçün basın

“Azərbaycan Gürcüstanın yalnız dostu və qonşusu deyil, əsas strateji və ticari tərəfdaşlarından biridir”.

“Azərbaycan Gürcüstanın yalnız dostu və qonşusu deyil, əsas strateji və ticari tərəfdaşlarından biridir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla münasibətlərə yüksək dəyər verir:

“Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq inkişaf edir. Azərbaycan artıq neçə ildir Gürcüstanda investisiyalar üzrə liderdir. Biz iqtisadi-ticari əməkdaşlığı daha da dərinləşdirməli və möhkəmləndirməli, ticarət dövriyyəsini iki dəfə artırmalı, daha çox sərmayə qoymalıyıq. İki ölkə arasında yalnız iqtisadiyyat və ticarət sektorlarında deyil, humanitar və mədəniyyət sahələrində də çox yaxşı münasibətlər var”.

(Report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →