—

SOCAR Saqarecoda yerli əhali üçün bağça tikdirir

608
SOCAR Saqarecoda yerli əhali üçün bağça tikdirir
Dinləmək üçün basın

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.

InterPress.ge xəbər verir ki, bu gün bağça binasının təməli qoyulub.

Mərasimində Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili, Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili, Saqareco meri vəzifəsinə namizəd Avtandil Qulikaşvili, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov iştirak ediblər.

Bildirilib ki, 22 000 nəfər əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisini bütünlüklə “SOCAR Energy Georgia” həyata keçirəcək və xeyriyyə məqsədilə dövlətə təhvil verəcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartlara uyğun inşa ediləcək.

Sentyabrın 18-də şirkətin Laqodexinin Qabal kəndində inşa etdirdiyi uşaq bağçasının açılışı olub. Müəssisə xeyriyyəçilik əsasında Gürcüstan dövlətinə təmənnasız təqdim olunub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →