—

Marneulidə soyğun: Qadının əlini qolunu bağlayıb... - FOTO

4,502
Marneulidə soyğun: Qadının əlini qolunu bağlayıb... - FOTO
Dinləmək üçün basın

Marneulinin Şulaveri kəndində oğurluq hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında olub.

Qadının yaxınlarının bildirdiyinə görə, evə üç nəfər oğru daxil olaraq 80 yaşlarında qadının əlini qolunu bağlayaraq onun qızıllarını və pulunu oğurlayıblar. 

Eyni zamanda bildirilir ki, qadına bıçaq çıxarılaraq, onu həyatı ilə hədələyiblər.

Qadının evdə tək yaşadığı bildirilir.

Hazırda hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Soyğuna məruz qalan qadın polis bölməsinə aparılıb və ifadəsi alınır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →