—

Amiran Qamkrelidze: "Kvemo Kartili bölgəsinə dəstək layihələri hazırlanıb"

1,715
Amiran Qamkrelidze: "Kvemo Kartili bölgəsinə dəstək layihələri hazırlanıb"
Dinləmək üçün basın

Kvemo Kartli bölgəsində, xüsusilə də, Marneuli, Bolnisi və Tetritsğaro munisipalitetlərində Covid 19-a yoluxan pasiyentlərin vaxtındaca aşkarlanması məqsədi ilə, tədqiqatlar daha da intensivləşəcək.

Kvemo Kartli bölgəsində, xüsusilə də, Marneuli, Bolnisi və Tetritsğaro munisipalitetlərində Covid 19-a yoluxan pasiyentlərin vaxtındaca aşkarlanması məqsədi ilə, tədqiqatlar daha da intensivləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Mərkəzin rəhbəri, Amiran Qamğrelidze bildirib.

A.Qamğrelidzenin qeyd edir ki, bu istiqamətdə bölgəyə dəstək layihələri artıq hazırlanıb.

“Bu gün Kvemo Kartli bölgəsinə, xüsusən də üç munisipalitetə – Marneuli, Bolnisi və Tetritsğaro munisipalitetlərinə xüsusi diqqət yetiririk. Ötən şənbə günü Paata İmnadze, Xatuna Zaxaşvili, Ana Kasradze və Pikria Şavreşiani (bizim bölgə kuratorumuz) və mən bölgədə idik. Hər üç munisipalitetin rəhbərliyi ilə, habelə tibb ictimaiyyəti ilə, qubernatorla görüşlər keçirdik. Biz bir sıra əlavə tədbirlər görmüşük ”-deyə Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, sözü gedən bölgədə koronavirus infeksiyasında yüksək artım qeydə alınır. Burda yoluxanların sayı 198-i təşkil edir. Bu göstərici ümumi Gürcüstanda qeydə alınan halların 33 faizini təşkil edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →