—

Gürcüstanda məcburi peyvəndləmə planlaşdırılır? - AÇIQLAMA

1,035
Gürcüstanda məcburi peyvəndləmə planlaşdırılır? - AÇIQLAMA
Dinləmək üçün basın

"60 yaşdan yuxarı vətəndaşların aşılanması, ölkənin iqtisadi aktivliyini qorumaq və xəstəxana sektorunu sıxmamaq üçün xüsusilə vacibdir".

"60 yaşdan yuxarı vətəndaşların aşılanması, ölkənin iqtisadi aktivliyini qorumaq və xəstəxana sektorunu sıxmamaq üçün xüsusilə vacibdir".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Eyni zamanda, Ekaterine Tikaradze, bu mərhələdə ölkədə aşılamanın məcburi olmayacağını açıqlayıb.

"Bu gün əlimizdə olan aşılama nisbəti bizi qane etmir. Ölkənin iqtisadi aktivliyini qoruyub saxlaya bilməsi, xəstəxana sektoru, reanimasiya çarpayılarının sıxışdırılmaması və yüksək ölüm nisbətinə malik olmamaq üçün 60 yaşdan yuxarı insanlara peyvənd vurulması vacibdir.

Bu nöqtədə məcburi peyvəndləmədən danışmırıq, çünki vətəndaşlarımızın olduqca ağıllı olduğuna əminik. Özlərinə və qohumlarına qayğı göstərirlər və nazirliyin səfərbər etdiyi məlumat kanalları ilə vətəndaşları öz xeyirlərinə aşılama barədə  qərar verməyə inandıra biləcəyik", -  Tikaradze bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →