—

Qiorqi Qaxaria bəzi partiya üzvlərinin partiyadan niyə ayrıldığını izah etdi

551
Qiorqi Qaxaria bəzi partiya üzvlərinin partiyadan niyə ayrıldığını izah etdi
Dinləmək üçün basın

"Bu gün partiyamız Gürcüstanda artan reytinqli yeganə partiyadır. DTX, Daxili İşlər Nazirliyi, yerli hakimiyyət insanlara zorakılıq edir".

"Bu gün partiyamız Gürcüstanda artan reytinqli yeganə partiyadır. DTX, Daxili İşlər Nazirliyi, yerli hakimiyyət insanlara zorakılıq edir".

InterPress.ge xəbər verir ki, "Gürcüstan üçün" partiyasının sədri Qiorqi Qaxaria bəzi partiya üzvlərinin istefa verməsindən danışıb.

"Bu gün partiyamız Gürcüstanda artan reytinqli yeganə partiyadır. DTX, Daxili İşlər Nazirliyi, yerli hakimiyyət insanlara zorakılıq edir - Biz bu insanları mənəvi seçim qarşısında qoymuruq. Əgər məcbur qalıb tərk etdilərsə, onlara narahatlıq yaratmamaq lazımdır. Tərk edən, zorla tərk etdirilən, yaralamaqla və ya başqa şeylərlə şantaja məruz qalan insanları necə mənəvi seçim qarşısında qoya bilərəm? Bu insanlar oktyabrın 2 -də gəlib seçimlərini edəcəklər.

Bu gün iki adamın partiyadan ayrıldığı ilə bağlı xəbərlər verirsinizsə, bilin ki, onlarla və yüzlərlə adam gəlib bizə qoşulur", - Qaxaria jurnalistlərə deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →