—

Azərbaycanın Təhsil Nazirliyi Azərbaycanda təhsil alan xarici tələbələrlə bağlı hökumətə müraciət edib

353
Azərbaycanın Təhsil Nazirliyi Azərbaycanda təhsil alan xarici tələbələrlə bağlı hökumətə müraciət edib
Dinləmək üçün basın

"Ötən tədris ilinin statistikasına əsasən Azərbaycanda 89 ölkədən 6 600 xaricdən gələn tələbə təhsil alır".

"Ötən tədris ilinin statistikasına əsasən Azərbaycanda 89 ölkədən 6 600 xaricdən gələn tələbə təhsil alır".

InterPress.ge xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədləri 42 ölkəyə açıqdır, yəni həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər:

"Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri hansı ölkələrə açıq deyilsə, bununla bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki həmin ölkələrdən gələn tələbələrin bir çoxunun praktik məşğələ dövrüdür. Misal olaraq, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →