—

Nazir beşinci koronavirus dalğası ilə bağlı açıqlama verdi

924
Nazir beşinci koronavirus dalğası ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

"Gürcüstanda epidemioloji vəziyyət sabitdir, lakin ölüm nisbəti yüksək olaraq qalır".

"Gürcüstanda epidemioloji vəziyyət sabitdir, lakin ölüm nisbəti yüksək olaraq qalır".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Ekaterine Tikaradzenin sözlərinə görə, bölgədə aşılama nisbəti aşağıdır.

Eyni zamanda, nazirin sözlərinə görə, ölkədə beşinci dalğanın olub-olmayacağı barədə danışmaq üçün hələ tezdir.

“Gürcüstanda epidemioloji vəziyyət sabitdir, lakin nəqliyyatın işə salınması ilə birlikdə vətəndaşların Səhiyyə Nazirliyi tərəfindən verilən tövsiyələrə əməl etməsi vacibdir. Beşinci dalğaya gəlincə, bu barədə müxtəlif ölkələrdə danışılır, amma bu mərhələdə Gürcüstanda bu barədə danışmaq üçün hələ tezdir. İnfeksiyanın yayılması ilə bağlı bir sıra araşdırmalar aparmışıq. Əsas risk daşıyıcıları 60 yaşdan yuxarı vətəndaşlar və xroniki xəstəlikləri olan pasiyentlərdir. Onların aşılanması çox vacibdir, çünki infeksiya halında klinika və reanimasiyaya ehtiyac duyurlar. Ölüm nisbəti də yüksəkdir", - nazir bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →