—

Bankda olan bütün girovlar azad edildi - SON VƏZİYYƏT

871
Bankda olan bütün girovlar azad edildi - SON VƏZİYYƏT
Dinləmək üçün basın

Gürcüstan Bankının Ğvareli şöbəsində, hazırda yalnız banka silahlı hücum edən şəxs var - bütün girovlar artıq azaddır və hüquq -mühafizə orqanları onları təhlükəsiz yerə aparıblar.

Gürcüstan Bankının Ğvareli şöbəsində, hazırda yalnız banka silahlı hücum edən şəxs var - bütün girovlar artıq azaddır və hüquq -mühafizə orqanları onları təhlükəsiz yerə aparıblar.

InterPress.ge xəbər verir ki, hücum edən şəxs saat 15:00 radələrində banka girərək girovlar götürüb.  

Təsdiq edilməmiş məlumatlara görə, o yarım milyon lari tələb edib.

Polis əməkdaşları dərhal hadisə yerinin ətrafını mühasirəyə alıblar. Hazırda orada səfərbər olan hüquq -mühafizə orqanları bütün zəruri və təcili tədbirləri görür, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi media nümayəndələrini təhlükəsizlik qaydalarına riayət etməyə və polisin göstərişlərinə əməl etməyə çağırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →