Kaxetidə, Gürcüstan Bankının Ğvareli şöbəsinə silahlı şəxs girib.
InterPress.ge xəbər verir ki, qeyri-rəsmi məlumata görə, 12 nəfər girov götürülüb.
Banka girmək faktını Daxili İşlər Nazirliyi təsdiqləyib.
“Hücum xəbərini alan polis əməkdaşları dərhal hadisə yerinin ətrafını mühasirəyə aldılar. Hazırda oraya səfərbər olan hüquq -mühafizə orqanları bütün zəruri və təcili tədbirləri görür, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi media nümayəndələrini təhlükəsizlik qaydalarına riayət etməyə və polisin göstərişlərinə əməl etməyə çağırır", - DİN-dən bildirilib.
