—

İrakli Ğaribaşvili: "Saakaşvilinin və "Milli Hərəkat"ın fəal iştirakı ilə müəyyən maliyyə sanksiyalarının tətbiq edilməsi cəhdi oldu"

517
İrakli Ğaribaşvili: "Saakaşvilinin və "Milli Hərəkat"ın fəal iştirakı ilə müəyyən maliyyə sanksiyalarının tətbiq edilməsi cəhdi oldu"
Dinləmək üçün basın

"Saakaşvilinin və "Milli Hərəkat"ın fəal iştirakı ilə müəyyən maliyyə sanksiyalarının tətbiq edilməsi cəhdi oldu. Gürcüstanın Avroatlantik kursun çevrilməz halına gəlməsi Saakaşvilinin deyil, hakimiyyətimizin…

"Saakaşvilinin və "Milli Hərəkat"ın fəal iştirakı ilə müəyyən maliyyə sanksiyalarının tətbiq edilməsi cəhdi oldu. Gürcüstanın Avroatlantik kursun çevrilməz halına gəlməsi Saakaşvilinin deyil, hakimiyyətimizin xidmətidir".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.

Ğaribaşvilinin qeyd etdiyinə görə, 2014-cü ildə "Milli Hərəkat" liderləri Avropa Parlamentinin nümayəndələri vasitəsi ilə Gürcüstan vətəndaşlarının vizasız rejim almamasına çalışırdılar.

"2012 -ci ildən bu yana AB Xalq Partiyasının nümayəndələri Tbilisiyə gəlirdilər və çox səthi yanlış məlumatlar yayırdılar, sonra AB -yə gedərək "Gürcü Arzusu", onun qurucusu, yəni keçmiş sədri Bidzina İvanişvili haqqında yalan məlumatlar yayırdılar. Yaxşı xatırlayırıq ki, 2014-cü ildə, ölkənin vizasız rejim əldə etməsində çox fəal olduğu zaman, "Milli Hərəkat" liderləri Avropa Parlamentinin nümayəndələri vasitəsi ilə Gürcüstan vətəndaşlarının vizasız rejim almasına mane olmağa çalışırdılar. Bax dövlət əleyhinə zərərli siyasət budur. Saakaşvilinin və "Milli Hərəkat"ın fəal iştirakı ilə müəyyən maliyyə sanksiyaları tətbiq etmək cəhdi oldu. Gürcüstanın Avroatlantik kursun çevrilməz halına gəlməsi Saakaşvilinin və "Milli Hərəkat" liderlərinin deyil, hakimiyyətimizin xidmətidir. Bunu öz istəyimizlə, qərarımızla qəbul etdik və konstitusiyaya yazdıq. Bu, çevrilməz bir prosesdir", - deyə baş nazir bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →