—

“Taliblər” ABŞ-ın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib

370
“Taliblər” ABŞ-ın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib
Dinləmək üçün basın

ABŞ Nümayəndələr Palatasının üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan hərbçisi Cim Benks bildirib ki, "Taliban" hərəkatının silahlıları Amerikanın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib.

InterPress.ge xəbər verir ki, onun sözlərini “The Independent” sitat gətirib.

O qeyd edib ki, Əfqanıstanda tərk edilmiş külli miqdarda texnika və silah arasında 75 000 avtomobil, 200 təyyarə və helikopter, həmçinin 600 000 atıcı və yüngül silah var.

Benks vurğulayıb ki, hazırda “Black Hawk” helikopterlərinin dünyada olan 85 faizdən çoxu “Taliban”ın döyüşçülərindədir. "Əgər bu silah indi və ya gələcəkdə amerikalıları öldürmək, yaralamaq, zərər vurmaq üçün istifadə edilsə, qan Co Baydenin əllərində olacaq", - konqresmen əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →