—

Azərbaycan növbəti dəfə Gürcüstana oksigenlə təchizatda kömək edir

718
Azərbaycan növbəti dəfə Gürcüstana oksigenlə təchizatda kömək edir
Dinləmək üçün basın

Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək göstərir.

Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək göstərir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri Gürcüstanın oksigenlə fasiləsiz təminatı üçün fəal iş aparır.

Nazir müavini qeyd edib ki, bu gün Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə olunur və onların 70 %-i oksigendən asılıdır: “Oksigen ehtiyatları ilə təchizatda problemin yaranmaması üçün Gürcüstan onu bir neçə mənbədən əldə edir”.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigeni humanitar yardım kimi göndərib, onun Gürcüstana çatdırılmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →