—

Gürcüstanda turizmə dəstək proqramı hazırlanır

1,360
Gürcüstanda turizmə dəstək proqramı hazırlanır
Dinləmək üçün basın

“Gürcüstanın turizm sektoru koronavirus pandemiyasının yaratdığı böhrandan xüsusilə zərər görüb”.

“Gürcüstanın turizm sektoru koronavirus pandemiyasının yaratdığı böhrandan xüsusilə zərər görüb”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, bu sahədə inkişafı bərpa etmək üçün xüsusi yanaşma tələb olunur.

Nazir deyib ki, böhranın ilk günündən Gürcüstan hökuməti turizm sənayesinə müxtəlif güzəşt və proqramlarla kömək göstərib: “Lakin bunlar yetərli deyil. Turizm sektoruna böhrandan öncəki gəlirliliyini bərpa etmək üçün zaman tələb olunur. Eyni zamanda, biz olduqca nikbinik ki, Gürcüstan epidemiyaya qalib gələcək ilk ölkələrdən biri olacaq və öz sərhədlərini açacaq”.

N.Turnava qeyd edib ki, hökumət turizmə dəstək proqramı üzərində çalışır: “Bu proqrama indi həyata keçiriləcək anti-böhran tədbirləri və gələcək üçün stimullaşdırıcı addımlar daxildir”.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →