—

Gürcüstanda beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb

3,078
Gürcüstanda beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb
Dinləmək üçün basın

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Ukrayna Təhülkəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan və 1 Ukrayna vətəndaşından ibarət beynəlxalq…

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Ukrayna Təhülkəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan və 1 Ukrayna vətəndaşından ibarət beynəlxalq cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın mətbuat xidmətinin rəhbəri İrakli Çimakadze məlumat verib. O bildirib ki, bir neçə ay davam edən operativ əməliyyat və istintaq tədbirlərindən sonra Gürcüstan və Ukraynada eyni vaxtda hətaya keçirilən əməliyyat zamanı cinayətkar dəstənin 6 üzvü Tbilisi və Batumidə, 1 üzvü isə Xarkov şəhərində saxlanılıb. Saxlanılan şəxslərin 2 Gürcüstan vətəndaşının qətlini planlaşdırdığı məlum olub.

Dəstə üzvləri silahlı insidentlərdə iştirak, qəsdən adam öldürməyə cəhd, odlu silahların və partlayıcı qurğuların istehsalı, saxlanılması və satışında ittiham olunurlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →