—

İlham Əliyev: “Onların arzuları onların gözlərində qaldı”

423
İlham Əliyev: “Onların arzuları onların gözlərində qaldı”
Dinləmək üçün basın

“Ermənilər tərəfindən dağıdılan kəndlər. Bura Zallar kəndinin ərazisidir”.

“Ermənilər tərəfindən dağıdılan kəndlər. Bura Zallar kəndinin ərazisidir”.

InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

“Üçüncü yolu da onlar Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları onların gözlərində qaldı. Bizim evlər. Ermənilər tərəfindən dağıdılmış azərbaycanlıların evləri. Otuz il ərzində ermənilər bizim torpaqlarımızı ancaq istismar edirdi. Təbii sərvərtləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar, torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşməni məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →