—

Gürcüstan prezidenti Salome Zurabişvilidən Kiyevə Mixail Saakaşvili mesajı

3,702
Gürcüstan prezidenti Salome Zurabişvilidən Kiyevə Mixail Saakaşvili mesajı
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşviliyə Ukrayna Nazirlər Kabinetində mümkün vəzifə verilməsindən narahat olduğunu bildirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşviliyə Ukrayna Nazirlər Kabinetində mümkün vəzifə verilməsindən narahat olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, Zurabişvilinin bununla bağlı bəyanatı Gürcüstan Prezidentinin saytında yerləşdirilib.

O, Gürcüstanla Ukraynanın əməkdaşlığının və səylərinin ümumi maraqlara əsaslandığını bildirib:

“Dövlət başçısı kimi yaxşı anlayıram ki, digər ölkənin daxili işlərinə və kadr siyasətinə müdaxilə yolverilməzdir, amma həm də dövlət vəzifəsini təkcə Gürcüstan Məhkəmə Hakimiyyəti tərəfindən yox, eləcə də Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənmiş cinayət fəaliyyətləri olan şəxsə verilməsi qəbuledilməz və anlaşılmazdır. Onun ağır korrupsion cinayətlərdə ittiham olunmasından danışmağa belə dəyməz. Bir nəfər nə qədər vacib olmalıdır ki, onun ucbatından dövlətlər arasındakı uzunmüddətli münasibətləri təhdid altında qoyasan və cəmiyyətlərimizi təhqir edəsən. Mən bunu təsəvvür edə bilmirəm”.

Zurabişvili həmçinin iki qardaş xalqın keçmişi, indisi və gələcəyinin şübhə altına qoyulmayacağına ümid etdiyini deyib.

Qeyd edək ki, Ali Radada dəstəklənmədiyi üçün Ukrayna Nazirlər Kabineti Saakaşvilinin baş nazirin müavini təyinatı ilə bağlı təqdimatını geri götürüb. Əvəzində isə Saakaşviliyə Milli İslahatlar Şurasına qoşulmaq təklif edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →